Şamaxıda zəlzələdə qəzalı vəziyyətə düşən ev hələ də bərpa olunmayıb

2019-11-04 18:00:20 / 496 dəfə oxunub

Şamaxıda baş vermiş zəlzələ zamanı bəzi evlər tamamilə dağıldı, yüzlərlə ev qəzalı vəziyyətə düşdü. Hadisədən dərhal sonra dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin yerlərdə komissiyası yaradıldı. Evlərə baxış keçirən komissiya zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və ya bərpaya ehtiyacı olan evləri müəyyənləşdirdi.

Oxu.Azxəbər verir ki, zəlzələ nəticəsində zərər çəkənlərdən biri də şəhərin Qədirli küçəsi ev 61-də yaşayan İsa Şərifovdur.

İ.Şərifov bildirir ki, zəlzələ baş verən gün onlar evdə olub və həmin hadisə zamanı evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında iri çatlar yaranıb, evin dam örütyü 14 sm yerini dəyişib.

Hazırda sözügedən evdə yaşayan ailə zəzələdən sonra qurumlara müraciət etdiyini bildirir.

FHN-nin yerli komisyası tərəfindən əraziyə ilk gün baxış keçirilib.

Ev sahibin iddiasına görə, evə dəyən zərərlə bağlı dörd dəfə müraciət etsələr də, onların şikayətlərinəbaxılmayıb. İlkin verilən təmir-bərpa qərarı isə onların ürəyincə olmayıb.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyətinin baş memarı Rüstəm Əliyev bildirib ki, onlar FHN-nin verdiyi qərara uyğun davranıblar:

"Bakı Dövlət Layihə İnstitutunun tikinti biriqadasına təqdim edilən sənəd əsasında evə baxış keçiriləcək. Tikinti şirkətinin işçi briqadasının qərarına uyğun olaraq ev ya təmir olunacaq, ya da sökülərək inşa ediləcək”.

Qeyd edək ki, fevralın 5-də gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində zəlzələ baş verib. Baş verən təbii fəlakət Şamaxıda bir sıra fəsadlar törədib. Zəlzələ bir çox evlərin dağılmasına səbəb olub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!