Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi yeniləndi

2019-11-05 11:08:18 / 385 dəfə oxunub

Azərbaycanın Baş naziri Əli Əsədov "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Sabahinfo.az-ın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın tərkibi sədrdən (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri), üzvlərdən (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbəri, Aparatın Hüquq və daxili nəzarət şöbəsinin müdiri, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru) ibarətdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!