Vilayət Eyvazovdan yeni - TƏYİNAT

2019-11-05 11:16:59 / 419 dəfə oxunub

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl polis polkovniki Hikmət Qasımov yerinə yetirirdi. O, Mingəçevir Şəhər Polis Şöbəsinə rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt ŞPİ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri vəzifəsinə təyinat alıb.(oxu.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!