Oqtay Əsədov 163 milyon dollarlıq ticarətdən danışdı

2019-11-05 11:35:25 / 488 dəfə oxunub

2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon ABŞ dolları həcmində olub. 2019-cu ilin doqquzayı ərzində isə bu rəqəm 163 milyon dollara çatıb.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov türkmənistanlı həmkarı Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Spiker qeyd edib ki, Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir.

"Bu sahələrdə əməkdaşlıqüçün geniş imkanlar var. Ələtdə yeni Bakı dəniz limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur”, - deyə O.Əsədov əlavə edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!