Prezidentin irad bildirdiyi məktəbdə söküntü başladı

2019-11-05 17:17:38 / 540 dəfə oxunub

Prezident İlham Əliyevin Şamaxıdakı 2 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı bildirdiyi iraddan sonra təhsil ocağında söküntü işlərinə başlanılıb.

Qafqazinfoxəbər verir ki, məktəbin şagirdləri və avadanlıqları köçürüldükdən sonra binanın daxili söküntüsünə başlanılıb.

Eyni zamanda, məktəb binasının ətrafı təhlükəsizlik tədbirləri məqsədilə hasarlanır. Bu işlər yekunlaşdıqdan sonra binanın ümumi söküntüsünə başlanılacaq.

Xatırladaq ki, ölkə başçısının məktəblə bağlı iradından sonra Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Şamaxıya gedərək məktəbə baxış keçiriblər.

Şamaxı şəhər 2 saylı tam ortab məktəb binası üç mərtəbədən, iki korpusdan, 94 sinif otağından ibarət olub. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib.

1000-dən məktəblinin təhsil aldığı elm ocağında siniflərin, tavan, döşəmə və divarları qəzalı vəziyyətə düşüb. Hazırda söküntüsü davam edən,məktəbin şagirdləri digər binada təhsillərini davam etdirirlər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!