Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq

2019-11-21 16:53:33 / 782 dəfə oxunub

Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.

Bu barədə "Bakı Telefon Rabitəsi”MMC-dən məlumat verilib.

"Bakı Telefon Rabitəsi”MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir.

Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!