Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgə yaradıldı

2019-11-21 12:23:25 / 540 dəfə oxunub

Suriya ilə bağlı razılaşmaların tamamilə yerinə yetirildiyini söyləmək mümkün olmasa da, fəaliyyətimiz davam edir. 145 kilometr uzunluğunda və 30 kilometr dərinliyində təhlükəsiz bölgə təmin edilib.

Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

"Türkiyə Silahlı Qüvvələri İŞİD-lə üz-üzə savaşan tək ordudur. Üç mindən artıq radikal İŞİD-çini Suriyanın şimalında zərərsizləşdirdik. İraqın şimalında isə 700 İŞİD terrorçusu zərərsizləşdirilib.

"Əməliyyat nə vaxta qədər davam edəcək” deyirlər. Əməliyyatlarımız ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, - Akar bildirib.(oxu.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!