Şəhid adından istifadə etməklə dələduzluq edən şəxs barəsində araşdırmalara başlanıldı

2019-11-21 10:48:46 / 706 dəfə oxunub

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməlləri ilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

Bu barədə Bakı Şəhər BaşPolis İdarəsinin Mətbuat Xidmətindənməlumat verilib.

"Onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”, - deyə idarədən qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!