BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu

2019-11-21 15:09:15 / 601 dəfə oxunub

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasındazəhərlənmənin təfərrüatıbəlli olub.

Oxu.Azxəbər verir ki, zəhərlənmə halı ötən gün,axşam saatlarında müşahidə edilib.

Qızların halı pisləşdiyindən təcili tibbi yardım çağırılıb və onlaraiynə vurulub.Həkimlər qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr bundan imtina edib. Müalicə ambulator şəraitdə davam etdirilib

Bu gün səhər 11 radələrində yenidən təcili tibbi yardım çağırılıb. Bu zaman artıq Şəkər Xasmətovanınöldüyü məlum olub.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı universitetin fizika fakültəsində təhsil alıb.

Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!