Gənc kadrlar dəmir yolunun şimal sahəsinin stansiyalarında işlə təmin olunublar

2019-11-21 13:16:42 / 525 dəfə oxunub

Azərbaycan Dəmir Yolları” QSC gənc kadrların işlə təmin olunması istiqamətində sosial yönümlü təcrübə proqramına start verib.

QSC-dən Sabahinfo.az-a verilən məlumata görə, layihəyə əsasən Azərbaycanın şimal bölgələrindən gənc kadrlar qatılıblar. İştirakçıların bilik və bacarıqları, şəxsi keyfiyyətləri müsabiqə və müsahibə yolu ilə müəyyənləşdirilib. Aralarından 7 nəfər təcrübəçi seçilib.

İştirakçılar "Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Çeşidləmə stansiyasında "ADY SMART” əməliyyat sisteminin öyrənilməsi üzrə təlimlərə cəlb olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov həmin gənclərlə görüşüb. Onların təcrübə müddətində əldə etdikləri bilgilər, gələcək planları və sosial vəziyyətləri ilə maraqlanıb. Cavid Qurbanov dəmiryolçu olmaq istəyən gənclərə uğurlar arzulayıb.

Beləliklə, təlimlərdə müsbət nəticə göstərən gənc kadrlar yaşadıqları bölgələrdəki dəmir yolu stansiyalarında müvafiq işlə təmin olunublar. 2 nəfər Yalama, 2 nəfər Xudat, 3 nəfər isə Xaçmaz stansiyasında işə götürülüb. "Azərbaycan Dəmir Yolları" QSC gələcəkdə də gənc kadrların dəmir yolunda işə cəlb edilməsi istiqamətində sosial yönümlü layihələrin davam etdirilməsini nəzərdə tutur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!