Nazirlik zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı məlumat yaydı

2019-11-22 10:00:20 / 514 dəfə oxunub

Dünən Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti barədə yeni məlumat yayılıb.

Səhiyyə Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, zəhərlənən tələbələrin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Onların vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Xatırladaq ki, dünən Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!