Hicran Hüseynova: “Qızların erkən nikaha daxil olması halları azalıb”

2019-11-22 11:24:17 / 733 dəfə oxunub
Son 7 ildə Azərbaycanda qızların erkən nikaha daxil olması halları və 15-17 yaşlı qızlar tərəfindən doğulan uşaqların sayı azalıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 18 yaşa qədər qızların erkən nikaha daxil olmasının ən yüksək həddi 2011-ci ildə qeydə alınıb: "Həmin dövrdə 5138 qız erkən nikaha daxil olub. 2018-ci ildə bu rəqəm 338 olub. 2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub".(azvision.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!