Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - "Suşi"

2019-11-22 11:40:00 / 691 dəfə oxunub
BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya "Suşi" sifariş veriblər: "Tələbələr "Suşi"ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb.

1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!