Yeni Ombudsman: “Hamını əməkdaşlığa dəvət edirəm”

2019-12-05 12:06:14 / 2453 dəfə oxunub
"Hamını ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığa dəvət edirəm".

Bunu Ombudsman Səbinə Əliyeva ilk dəfə qatıldığı rəsmi tədbir olan "Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi" mövzusundakı seminarda çıxışı zamanı deyib.

Ombudsman qeyd edib ki, ölkə Prezidentinin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində bu il imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında fərmanın icrası Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına mühüm töhfələr verəcək:

"Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində təsbit olunan əqli mülkiyyət hüququnun ölkəmizdə təmin olunması məqsədilə həm qanunvericilikdə, həm də onların icrası istiqamətində mühüm işlər görülür. Əqli mülkiyyət hüququnun müdafiəsi, o cümlədən əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquq pozmaların qarşısının alınması Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdəndir. Çünki bu hüquqların pozulması əqli mülkiyyət hüquqları sahibləri ilə yanaşı, istehlakçıların da hüquqlarının pozulmasına və cəmiyyətin inkişafına öz mənfi təsirini göstərir".(azvision.az)

Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!