Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı

2019-12-12 18:19:03 / 907 dəfə oxunub

Bakının ən kriminalrayonu olan Binəqədidə kişi arvadının sevgilisini qəddarcasına cəzalandırıb.

Dekabrın 11-də ləyaqəti alçaldılmış Kazanova polisə müraciət edərək, baş verənləri olduğu kimi danışıb.

Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə dekabrın 10-da, saat 21:00 radələrində Binəqədi qəsəbəsində baş verib.

Sabirabad rayonunun 24 yaşlı sakini E.Z. (aydın səbəblərdən adını çəkmirik) tanışıgilə qonaq gedir. Lakin sevgililərin romantik görüşü qadının 56 yaşlı ərinin qəfil gəlişi ilə yarımçıq qalıb.

Qadının sevgilisi gizlənməyə imkan tapmır. Ev sahibi onu tutaraq, ona qarşı cinsi xarakterli hərəkət etdikdən sonra buraxıb. Alçalmış, ancaq sağ qalan E.Z. 43-cü Polis Bölməsinə müraciət edib.

Ancaq aldadılmış ərin ona xəyanət və cəza məsələlərinə belə qeyri-standart yanaşması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaşqınlığa salıb. Sonuncular hələ də aldadılmış ərin hərəkətlərini necə qeydiyyatdan keçirəcəyini düşünürlər.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 150-ci(Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə üçildən beşilədək həbs cəzası nəzərdə tutulur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!