AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak edənləri cəzalandırıb - SİYAHI

2019-12-13 17:51:34 / 2312 dəfə oxunub

I divizionda çıxış edən "Ağsu”, "Turan Tovuz” və "Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin, UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyənolunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

"Turan Tovuz”

Qocayev Sənan – futbolçu

Rüstəmov Misir – futbolçu

Bağırov Emin – futbolçu

Sadıqov İlkin – futbolçu

Məmmədov Rüfət – futbolçu

Tağıyev Eltay – futbolçu

Quluzadə Şahin – futbolçu

"Ağsu”

Kərimov Rəşad – icraçı direktor

Bayramov Kənan – qapıçılar üzrə məşqçi

Hacıyev Ənvər – klubun işçisi

Əliyev Ramil – futbolçu

İbrahimov Vüsal – futbolçu

Əmrahov Qalib – futbolçu

Əliyev Elçin – futbolçu

Əliyev Məhəmməd – futbolçu

Həşənov Şamo – futbolçu

Mirzalıyev Ruslan – futbolçu

Quliyev Orxan – futbolçu

Rəhimov Fərrux – futbolçu

Həşimov Elçin – futbolçu

Babayev Malik – futbolçu

Kərimov Ramil – futbolçu

Mustafayev Vüsal – futbolçu

Məmmədov Kənan – futbolçu

"Zirə-2”

Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!