Bakıda məcburi köçkünlər acınacaqlı şəraitdə yaşayır - VİDEO

2019-12-13 15:51:09 / 2080 dəfə oxunub

Bakıda, Səbail rayonu, Aydın Məmmədov küçəsi, bina 22/24-də məskunlaşmış 22 məcburi köçkün ailəsinin yaşayış şəraiti acınacaqlıdır.

Oxu.Azxəbər verir ki, onlar 26 ildir altı mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində yaşayır.

"Soyuqdan otaqlara girmək olmur, bir otaqda həm yatırıq, həm çimirik, həm də yemək yeyirik. Elektrik naqilləri də yararsız vəziyyətdədir”, - sakinlər bildirir.

Onların vəziyyətlə bağlı aidiyyətiqurumlara etdikləri müraciətlər də uzun illərdir nəticəsiz qalıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İsrafil Məmmədov məsələdən xəbərdar olduğunu bildirdi.

Komitə sözçüsü qeyd etdi ki, sözegedən ünvanın sakinlərinə növbəti mərhələdə, daha dəqiq desək, aprel ayında yeni mənzillər veriləcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!