Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar - YENİLƏNİB

2019-12-24 12:32:36 / 3709 dəfə oxunub

Səhiyyə Nazirliyi küçədən tapılan körpənin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti qənaətbəxşdir.

Həkimlərin söözlərinə görə, uşaqda fiziki qüsur qeydə alınmayıb. Uşaq hazırda xəstəxanada həkimlərin nəzarəti altında saxlanılır.

Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.

08:58

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Report-unməlumatına görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələlik xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!