Cəlilabad gəncləri sosial sahibkarlıqla bağlı maarifləndi

2019-11-14 15:42:42 / 3960 dəfə oxunub

Noyabrın 14-də Cəlilabad rayonunda tədbir keçirib. "Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi tərəfindən keçirilən tədbir Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı layihə çərçivəsində reallaşıb. Tədbirdə QHT rəhbərləri və region gəncləri iştirak edib. Tədbirdə çıxış edən İctimai Birliyin sədri Etibar Əsəsdov ölkəmizdə sosial sahibkarlıqla bağlı görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahə üzrə ciddi nailiyyətlər əldə olunub. Keçirilən bu tədbir də gənclərin sosial sahibkarlıqla bağlı ciddi maariflənməsinə yönəlib.

O, layihə barəsində geniş məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərin sosial sahibkarlıq sahəsi üzrə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün Gəncə, Şəmkir, Cəlilabad, Masallı, Qusar və Quba rayonlarında tədbirlər keçiriləcək. O, cümlədən layihə çərçivəsində çap olunmuş "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı kitabça da tədbir iştirakçılarına pulsuz paylanacaq.

Təlimçi Asif Ələsgərli sosial sahibkarlıq və onun yaranması tarixindən danışıb. Bildirib ki, sosial sahibkarlıq ilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülh mükafatı laureatı olan Muhamməd Yunus tərəfindən yaradılıb. Sosial sahibkarlığın təsisçisi olan M.Yunus həmçinin "Gramer Bank”-ın təsisçisidir.


Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!