Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb - VİDEO

2019-12-25 16:01:41 / 3275 dəfə oxunub

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏliyevaXalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədəOxu.Az-a açıqlamasında Xalq artisti Brilliant Dadaşovaməlumat verib.

Briliant Dadaşova Birinci vitse-prezident Mehriban Əliyevaya özü və ailəsi adından təşəkkürünü bildirib:

"Rafael müəllim xəstəxanaya yerləşdiriləndə mən Moskvada idim. Sonra da tədbirlər və çəkilişlər olduğu üçün proseslərə tam müdaxilə edə bilmədim.

XəstəxanaRafael müəllimi tam müalicə etmədən evə buraxıb. Evdə onun çox pis ağrıları və tutmaları olub. Mən də Mehriban xanıma və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanıma müraciət etdim. Ondan sonra Rafael müəllim nəzarətə götürüldü. Hətta Rafael müəllim son vaxtlar özünü belə gümrah hiss etmədiyini deyir. Bu böyük göstəricidir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Çox mərhəmətli insanlardır. Leyla xanım da çox sağ olsun. Dövlətimiz sənətə və sənətçilərə böyük qiymət verir. Rafael müəllim kimi çox az sayda sənətkarlarımız qalıb”.

Xalq artisti Rafael Dadaşovun vəziyyətinin gözlənildiyindən də yaxşı olduğunu qeyd edib:

"Rafael müəllimə görə hər kəs narahatdır. Vəziyyəti iləmaraqlananlar çoxdur.Həkimlərə və xəstəxanaya minnətdaram. Onu xeyli dəyişiblər. Hətta üç-beş gündə onu beş kilo arıqladıblar. Buasan iş deyil. Çünki Rafael müəllim çox iştahlıdır.

Bundan öncəki müalicəsi effektsiz olub. Təsəvvür edin ki, ciyərində beş litr su olan insanı xəstəxana pula görə evə buraxıb. Onu ölümlə üz-üzə qoyub. Bu səbəbdən şəxsən Mehriban xanıma müraciət etdim”.


Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!