Sürüşmə baş verən Bibiheybət yolu nə zaman açılacaq? - AÇIQLAMA

2019-12-25 14:46:18 / 1172 dəfə oxunub

Yeni il ərəfəsində Bibiheybət yolunun ən azı ikihərəkət zolağının nəqliyyat vasitələrinin istifadəsinə verilməsini planlaşdırırıq.

Bunu APA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bibiheybət yolunda AAYDA tərəfindən yamacın bərkidilməsi, bərpa işlərinin aparılması, mövcud yolun yenidən qurulub istismara verilməsi istiqamətində işlər davam etdirilir:

"Buna paralel olaraq yamacda bərkitmə işləri, istinad divarlarının tikintisi üçün yamacın aşağı hissəsində ikicərgə olmaqla svayların vurulması istiqamətində addımlarımız davam edir. Bundan sonra svayların üzərində 6 metr hündürlükdə istinad divarları inşa olunacaq. Yamacın orta hissəsində də ikicərgə svayın vurulması nəzərdə tutulur ki, gələcəkdə bu kimi sürüşmə halları qeydə alınmasın. Onun da üzərində 4 m hündürlükdə istinad divarının inşası nəzərdə tutulub. Bundan başqa, səth, qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi qurulur.

Hazırda yeni drenaj xətləri atılır. İstinad divarlarının üzərində də eninə borular atılacaq ki, drenaj xəttinin kənarlaşdıra bilmədiyi qrunt suları ərazidən uzaqlaşdırılsın və yamacda ağırlaşma baş verməsin. 2020-ci ilin I rübündə bu işlərin tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Amma həmin yolla avtonəqliyyat vasitələrinin hərəkətinin bərpası Yeni il ərəfəsində həyata keçiriləcək”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!