Azərbaycanda baldızlar birləşib kürəkəni döydü - TƏFƏRRÜAT

2019-12-26 16:51:19 / 4676 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda iki qadın təmizlik işçisi olan kişini döyüblər. Ətrafda olan təmizlik işçiləri onları ayırmağa çalışıblar. Bu zaman ərazidə olan oğlan da qadınlarla birlikdə xidmətçi kişini vurmağa başlayıb.

Unikal.org hadisənin təfərrüatını öyrənib.

Qadınların döydüyü şəxs Mamedov Elnur İsa oğludur. O, işdə olarkən bacısının əri və baldızları ona yaxınlaşıblar. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Elnurun bacısının ailədaxili probleminin olmasıdır.

Sonda qadınlar Ağcabədi rayon Kommunal Təsərrüfat Birliyinin işçisini döyməyə başlayıblar. Davada xəsarət alan Elnur Mamedov Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçədə kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanOxu.Az-a verilən məlumata görə, baş verən hadisə Ağcabədi Rayon Polis Şöbəsində qeydiyyata alınıb:

"Məsələ barədə RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!