Nərminin əmisi açıqladı: “Qatilə başqaları da kömək edib”

2020-01-10 17:06:56 / 3084 dəfə oxunub

Nərmini qətlə yetirən İlkin Süleymanova başqaları da kömək edib.

Bu sözləri Axar.az-a açıqlamasında Nərminin əmisi Lətif Quliyev deyib.

O bildirib ki, hadisənin təfərrüatı barədə onlara tam məlumat verilməyib:

"İlkin Süleymanova başqaları da kömək edib. Sabah və yaxud biri gün daha geniş məlumat açıqlanacaq. Bizdə Nərminin dəqiq nə zaman və nə səbəbə öldürülüməsi, niyə yandırılması barədə məlumat yoxdur. Ancaq bildiriblər ki, İ.Süleymanovdan başqa şübhəlilər də var. Hazırda istintaq o istiqamətdə gedir”.

Qeyd edək ki, bu gün Baş Prokurorluq və DİN birgə bəyanat yayaraq, Nərmin Quliyevanın qətlində şübhəli bilinən qonşusu İlkin Süleymanovun saxlanıldığını və onun qətli etiraf etdiyini açıqlayıb.

İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!