Bakıda üç tələbənin faciəvi ölümü ilə bağlı cinayət işi başlandı

2020-01-10 10:00:12 / 1717 dəfə oxunub

Bakıda üç əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bakı Şəhər Prokurorluğundan bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın baş verib.

Hadisə zamanı mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan üçqız zəhərlənərək ölüb. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!