Azərbaycanda uşaq anası tərəfindən vəhşicəsinə döyülüb? - VİDEO

2020-01-14 17:41:39 / 1656 dəfə oxunub

Həyat yoldaşımın psixologiyası normal deyil. Zəng edir ata-anasına. Polis çağırır üstümə. Onun da ailəsinin də bir az psixoloji problemləri var.

Bu sözləri uşaqlarının 41 yaşlı həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edən üç uşaq atası, 53 yaşlı Elşad "Gəl Dərdini Danış” adlı verilişdə deyib. O bildirib ki, uşaqlarını beş aydır görə bilmir:

"Üçilə yaxındır ki, bu hadisələr davam edir. Bütün bunlara səbəb yoldaşımın ata və anasıdır. Yoldaşım onların təsiri altında qalır. Böyük oğlum Əli ikinci sinifdə, Məhəmməd birinci sinifdə oxuyur, İbrahimin isə dörd yaşı tamam olmayıb.

Ayın 16-dason məhkəməmiz olacaq. Mən uşaqlarımın o insanlarda qalmasının tam əleyhinəyəm. Mənim uşaqlarım o ailədə qalsa onların bütün həyatı, gələcəyi məhv olacaq. 9-10 ilə yaxındır ailəliyəm artıq onların necə bir insanlar olduğunu gördüm. Beşay ərzində iki dəfə məktəblərinin qarşısına getdim. Uşaqları cırıq ayaqqabı, səliqəsiz üst-baş içində gördüm, dəli oldum”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!