Ağdaşlıların seçimi YAP-ın namizədidir - FOTO

2020-01-17 17:16:32 / 1208 dəfə oxunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı yanvarın 17-də 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülmüş partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş şəhər seçiciləri ilə ilk görüş keçirib.

Görüşdə təbliğat-təşviqat qrupunun üzvü, YAP Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva çıxış edərək qarşıdan gələn parlament seçkiləri haqqında məlumat verib, eyni zamanda seçkilərlə əlaqədar indiyədək həyata keçirilmiş proseslərdən, eləcə də Cavid Osmanovun Milli Məclisin deputatı olduğu ötən dövr ərzində göstərdiyi fəaliyyətdən söz açıb.

Həyat və fəaliyyəti haqqında məlumat verən Cavid Osmanov daha sonra ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində gördüyü işlərlərdən danışıb. Cavid Osmanov, həmçinin Milli Məclisin deputatı olduğu müddətdə Ağdaş rayonunda yaşayış məntəqələrinin qazlaşdırılması, kənd yollarının yenidən qurulması, şəhərin daxili küçələrinin təmir edilməsi və s. kimi məsələlərin həlli istiqamətində görülmüş işlərə toxunaraq qeyd edib ki, rayonun inkişafı üçün bundan sonra da davamlı olaraq işlər görüləcək.

Görüşdə ilk dəfə səs verəcək seçici Tənzilə İsgəndərova, seçicilərdən Zülfiyyə Soltanova, İlqarə Rüstəmova, Mais Məhərrəmov, Xəyalə Rüstəmova çıxış edərək qeyd ediblər ki, ölkəmizdə və Ağdaşda görülən işlər, həyata keçirilən layihələr hər bir vətəndaşın gözü önündə baş verir. Bütün bunlar isə Sədri cənab Prezidentimiz İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının uğurlu siyasətinin nəticəsidir. Çıxış edən seçicilər bütün bunlara görə 9 fevralda keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova səs verəcəklərini bəyan ediblər.

Sonda Cavid Osmanov seçiciləri maraqlandıran sualları cavablandırıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!