Bəzi namizədlər deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb” – Məzahir Pənahov

2020-01-17 15:12:43 / 846 dəfə oxunub

Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var deyir ki, "atamdan qalan əmlak yadımdan çıxıb”. Buna nə cür inanmaq olar?

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyasının bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər buna tutarlı bir səbəb də gətirmirlər: "Adi bir səhfə görə onların namizədlikləri qeydə alınmır. Buradan belə bir məntiqi nəticə çıxır ki, həmin şəxslər namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Onların qeydə alınmamaqda məqsədləri nədir, bilmirəm”.

MSK sədri bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə verib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!