Dəmir Yolundan şikayət: “Qatarda otura bilmirik”

2020-01-21 16:12:23 / 778 dəfə oxunub

"Hər gün işdən çıxıb evə getmək üçün dəmir yollarından istifadə edirəm. Hər dəfə də qatara minəndə boş yer olmasına baxmayaraq, ayaq üstə dayanmağa məcbur oluram”.

Bu barədəOxu.Az-a daxil olan vətəndaş müraciətində qeyd olunub.

Dəmir yollarından istifadə edən sərnişinlərdən biridigər sərnişinlərin növbəti stansiyalarda minəcək sərnişinlər üçün yer saxlamalarından narazı olduğunu deyib.

Sərnişinin sözlərinə görə, bələdçilər sürət qatarlarında qayda-qanunlara əməl olunmasına düzgün və effektiv nəzarət etmirlər:

"Şikayətim "Azərbaycan Dəmir Yolları” QSC-dəndir. Sürət qatarına minirsən, sərnişinlər tərəfindən hər vaqonda təxminən 10yer, onların dili ilə desək, növbəti stansiyada minəcək sərnişinlər üçün məşğul edilib.

İşdən yorğun çıxıram, vaqona çatmaq üçün tələsirəm. Nə üçün məndən 15 dəqiqə sonra vaqona minəcək kiməsə görə mən ayaq üstə getməliyəm? Belə olanda mənim hüquqlarım pozulur. O qədər yolu onlara görə ayaq üstə getməli oluram”.

Sərnişin onu da qeyd edib ki, dəmir yolları metroya bənzəməyə başlayıb:

"Camaat bir-birini ayaqlayır. Yaxşı olar ki, yerlər dolduqdan sonra sərnişinlər digər qatarı gözləsinlər”.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSCilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən məsələ ilə bağlı redaksiyamıza bildirdilər ki, Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlarda bələdçilərin sərnişinlərin yer seçiminə müdaxilə etməsi"Sərnişin vaqonu bələdçisinin vəzifə təlimatı”na ziddir:

"Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlardakı ekonom vaqonlara biletlərdə yer qeyd olunmur. Ona görə də bələdçilər bu barədə sərnişinlərə yer seçimi ilə bağlı hər hansı müdaxilə edə bilməz.

Sərnişinlər oturacaqları yeri öz seçimləri əsasında müəyyənləşdirirlər. Bələdçilərin, sərnişinlərin öz yaxınları və tanışları üçün yerləri məşğul etmələrinə dair iradları isə mübahisənin daha da genişlənməsinə yol aça bilər. Bu həm də "Sərnişin vaqonu bələdçisininvəzifətəlimatı”na ziddir.

Təlimata əsasən, vaqon bələdçiləri, vaqonlarda sərnişinlər arasında konflikt hallarının yaranmasına yol verməməklə yanaşı, onlarla nəzakətli və diqqətli davranmalıdırlar. Odur ki, onların əlavə müdaxiləsi yarana biləcək mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Fürsətdən istifadə edib, bu məsələdə sərnişinlərimizdən də diqqətli davranmağı və mübahisəli vəziyyət yaradan belə addımlardan çəkinmələrini xahiş edirik”.

Məlumat üçün bildirilib ki, bu qatarlar şəhərətrafi elektrik qatarı olduğu üçün, burada 800-ə qədər ayaqüstü, 396 oturacaq yerləri var. Yəni, bu qatarlarda ayaq üstə də sərnişin daşına bilər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!