Azərbaycanda evdən qaçan ana ilə bağlı şok təfərrüat: Qırmancla döyülüb, dəhşətli şiddətə məruz qalıb

2020-01-22 17:06:46 / 1586 dəfə oxunub

Xızı rayonu ərazisində ana və üç övladının itkin düşməsinin bəzi detalları üzə çıxıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə AğazadəOxu.Az-a açıqlamasında bildirib ki, qadın əri tərəfindən qırmancla döyülüb:

"Dünən Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının izahatı alınıb və gecə uşaqları ilə birlikdə sığınacağa gətirilib. Hələlik uşaqlarla iş aparmamışıq. Vəziyyətləri yaxşıdır, uşaqlarla oynayırlar. Həyat yoldaşı qadını qırmancla döyüb.

Qırmancı onun bədənində qırıb. İndi əri deyir ki, Əfsanənin də səhvi olub, mənim də səhvim olub, amma barışmaq istəyitəm.Burada qadına qarşı böyük bir şiddət var”.

K.Ağazadə qeyd edib ki, məsələ barədə araşdırma aparılır:

"Həyat yoldaşı Əfsanə ilə barışmaq istəyir, amma o, razılaşmır Çalışacağıq ki, münaqişələr aradan qaldırılsın. Onların uşaqları da təhsildən kənarda qalıb. Onlardan birinin doqquz, o birinin səkkiz, digərinin isə bir yaşı var.İki uşağın yaşı çatsa da,məktəbə getməyiblər”.

Qeyd edək ki, Xızı rayonunda ana və üç övladı itkin düşmüşdü. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının doqquz yaşlı qızı Nurcanı, səkkizyaşlı oğlu Nurlanı və biryaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!