İlham Əliyev Putinlə görüşünü anons etdi

2020-01-22 16:46:02 / 626 dəfə oxunub

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə TASS informasiya yayıb.

"Hələlik konkret tarixlər yoxdur, lakin mütləq olacaq. Çünki ötən il prezidentlə təmaslarımız beş,ya da altıoldu. Odur ki, bu, müntəzəm formatdır”, - "görüşlərin mütləq keçiriləcəyi”ni vurğulayan İlham Əliyev deyib.

Daha sonra "Azərbaycanı yeni Rusiya hökuməti ilə konstruktiv əməkdaşlıq gözləyirmi?” sualını cavablandıran Prezident İlham Əliyev ölkələr arasında əlaqələrin mövcud razılaşmalar kontekstində uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

"Əminəm ki, bu il də ticarət dövriyyəsinin artması və çoxşaxəli münasibətlər baxımından çox uğurlu olacaq”, - Azərbaycan Prezidenti qeyd edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!