Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR

2020-01-22 18:00:40 / 903 dəfə oxunub

75-sayılı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadə seçicilərlə görüşlərini fərqli formada davam etdirir.

Sabahinfo.az xəbər verir ki, deputatlığa namizəd Cavanşir Paşazadə seçicilərlə görüşə Lənkəran şəhərindən başlayıb. Öncə mərhum ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən deputatlığa namizəd abidə önünə gül dəstələri qoyub. Lənkəran əhli ilə görüşən Cavanşir Paşazadə seçicilərə regionların inkişaf etdiyini bir daha xatırladıb. Cavanşir Paşazadənin sözlərinə görə, indi ölkənin hər bir tərəfi gözəldir. Yerli turistlərlə yanaşı, əcnəbi turistlər də Lənkərana axın edir, gəlib burada dincəlirlər.

Daha sonra deputatlığa namizəd Cavanşir Paşazadə Lənkəran rayonuna daxil olan Vilvan kəndində seçicilərlə görüşüb.



Kənd camaatı ilə səmimi görüş keçirən deputatlığa namizəd hər kəsin zəhmətini yüksək qiymətləndirib. Seçicilərə onlardan biri olduğu üçün çox xoşbəxt olduğunu xüsusi qeyd edib.

Daha sonra Cavanşir Paşazadə şəhid ailəsinin evini ziyarət edib. Şəhid ailəsi ilə söhbət zamanı Cavanşir Paşazadə hər bir şəhid ailəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, şəhidlərimizin hər zaman qəlblərdə yaşadığını söyləyib.

Sonda Lənkəran əhli növbəti dəfə də Cavanşir Paşazadəyə səs verəcəklərini bildiriblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!