Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTO

2020-01-23 10:08:52 / 856 dəfə oxunub
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

K.Qafarov yanvarın 22-də Binəqədi rayonunun Mir Cəlal və Adil Məmmədov küçələrinin bir qrup sakini ilə görüşmüşdür. Səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüşlər zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat vermiş, onlarla fikir mübadiləsi aparmışdır. Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə etmiş, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildirmişlər.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!