İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi

2020-01-19 20:41:24 / 692 dəfə oxunub

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Dairə Seçki Komissiyasından namizədliyi irəli sürülən İqbal Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinə baş çəkərək onları narahat edən məsələlərlə tanış olur.

 İ.Məmmədov həmişəki kimi xeyriyyəçilik adət- ənənələrinə sadiq qalaraq, baş çəkdiyi şəhid ailələrinə və Qarabağ əlillərinə ərzaq bağlamaları təqdim edir. Lerikdə hamı gözəl bilir ki, İ.Məmmədov hər zaman bu adət-ənənəsinə sadiqdir. Bütün milli və dini bayramlarda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə daim dəstək olmuşdur.

Bu gün İqbal Məmmədov bu adət-ənənəsinə sadiq olaraq Lerik rayonunun Blaband, Osnağakücə, Ambu, Perzəkücə, Şinəband və Cəngəmiran kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ilə evlərində görüşlər keçirmiş, onları dinləyərək problemləri ilə yerində tanış olub, ailələrə ərzaq bağlamaları təqdim etmişdir. Onun bu xeyirxah hərəkəti şəhid ailələri və Qarabağ müharibəsi ailələri tərəfindən rəğbətlə qarşılanıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!