İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb

2020-01-20 17:53:22 / 699 dəfə oxunub

Bu gün 20 Yanvar hüzn günü ilə əlaqədar YAP Lerik Rayon Təşkilatında yaradılmış seçki qərargahının üzvləri ilə birlikdə Lerik şəhərindəki "Şəhidlər” abidə kompleksi ziyarət olunub.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hakim Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş, V çağırış Milli Məclisin deputatı İqbal Məmmədov, rayon ağsaqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Lerik şəhərinin girəcəyində yerləşən "Şəhidlər” abidə komleksinin önünə tər gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.


Daha sonra İqbal Məmmədov Lerik şəhərində yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşüb.

İ.Məmmədov şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə söhbət zamanı cənab Prezident İlham Əliyev tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən qayğı və diqqət xüsusi ilə vurğulayıb.

Şəhid ailələri və Qarabağ əlilləri də onlara göstərilə yüksək qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!