İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər

2020-01-22 18:44:16 / 1832 dəfə oxunub

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədiİqbal Məmmədovun seçiciləri ilə növbəti görüşünü keçirib.

YAP-ın namizədibu gün rayonun Monidigah və Çayrudinzibati ərazi vahidinin və ayrıca olaraq Rvarud kəndinin seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:

"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".

Daha sonra İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:

"Təbliğat-təşviqatla bağlı görüşlərimiz proqramımıza uyğun olaraq uğurla davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonumuzun Monidigah və Çayrud kənd inzibati ərazi dairələrində, ayrıca olaraq Rvarud kəndində seçicilərlə növbəti görüşümüzü keçirtdik. Kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər tədbirimizdə yüksək fəallıqla iştirak etdilər. Görüşdə ötən 5 illik fəaliyyətimizi seçicilərimizlə müzakirə etdik, qarşıdakı illərdə dövlətimizin uğurla həyata keçirəcəyi sosial-iqtisadi islahatlardan bəhs etdik, seçicilərimizin arzu və istəklərini dinlədik".

İ.Məmmədov bildirib ki, tədbirdə iştirak edən seçicilər birmənalı olaraq öz çıxışlarında Yeni Azərbaycan Partiyasının irəli sürdüyü "Daha Güclü Azərbaycan Naminə!”olan seçki platformasını bəyəndiklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.


Son xəbərlər
Gücümüz Birlikdədir !
2020-09-24 09:40:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!