Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi - FOTO

2020-01-23 11:35:51 / 1483 dəfə oxunub

Birinci vitse-prezident Mehriban Əliyeva"Instagram” hesabında İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmanla bağlı paylaşım edib.

Mehriban Əliyeva Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib:

"Bu gün İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur. Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!