Nəsib Məhəməliyev Sarıbulaq və Qabaqçöl qəsəbəsinin Yeni Şərif kəndində görüş keçirdi

2020-01-24 16:59:03 / 2807 dəfə oxunub
109 saylı Balakən Seçki Dairəsindən parlament üzvlüyünə namizəd Nəsib Məhəməliyev yanvarın 24-də əvvəlcə Sarıbulaq , sonra isə Qabaqçöl qəsəbəsinin Yeni Şərif kəndində yaşayan seçicilərlə görüş keçirdi.

Görüşdə N.Məhəməliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri əhaliyə çatdırdı.

Nəsib Məhəməliyev seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.

Seçicilər hakim partiya tərəfindən Nəsib müəllimin namizədliyinin irəli sürülməsini bəyəndiklərini bildirdilər.



Sarıbulaq kəndinin hörmətli müəllimi,ziyalısı Fərhad Mustafayev yaşayış sahəsində yeni transformatora ehtiyac duyulduğunu bildirdi,məktəbin təmirinə kömək edilməsini xahiş etdi. Arif Məmmədov Ağkilsə-Sarıbulaq kəndləri arasındakı 2 kilometr yola asfalt çəkilməsini,Sədrəddin Eminov isə artezian quyusunun qazılmasını xahiş etdilər.

Yeni Şərif kəndindəki görüş də fəallıq mühitində keçdi. Sakinlər kənddə təzə məktəb binasının və uşaq bağçasının tikilməsini arzuladıqlarını bildirdilər. Hər 2 görüşdən sonra Nəsib Məhəməliyev məktəblərdəki mövcud şəraitlə yerindəcə tanış oldu.

Sonda Nəsib Məhəməliyev 9 fevral tarixində hamılıqla səsvermədə iştirak etməyin vacibliyini qeyd edib.
Son xəbərlər
Gücümüz Birlikdədir !
2020-09-24 09:40:18
Etibarın itməsi...
2020-09-23 15:31:02
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!