Türkiyədə baş vermiş zəlzələ Azərbaycana təsir edə bilərmi? - RƏSMİ

2020-01-25 11:36:31 / 3884 dəfə oxunub

Türkiyənin Elazığvə Malatya vilayətlərindəbaş vermişgüclü zəlzələ hələ bir müddət davam edə bilər.Amma yeraltı təkanların Azərbaycana heç bir təsiri gözlənilmir.

Bu barədəOxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban YetirmişliElazığvə Malatyavilayətlərində baş vermişgüclü yeraltı təkanlarla bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə qeydə alınan yeraltı təkanlar kifayət qədər təhlükəli olsa da, Azərbaycana təsir göstərməyəcək:

"Təəssüf edirik ki, Türkiyədə bu cür ağır zəlzələ baş verdi. Təbii ki, yeraltı təkanların davam edib-etməyəcəyi ilə bağlı fikirlər söyləmək üçün hadisə yerinə baxış keçirilməlidir. 6,8 bal gücündə zəlzələ çox güclüdür.

Növbəti dəfə də yeraltı təkanlar qeydə alındı. Ümumilikdə, bütün güclü təkanlardan sonra bir neçə dəfə nisbətən zəif avtoşoklar baş verə bilir. Amma yeraltı təkanların Azərbaycana heç bir təsiri gözlənilmir”.

Xatırladaq ki, dünən Türkiyənin Elazığvə Malatyavilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sıra yaşayış binası uçub. Dağıntılar altındaqalan insanlarınçıxarılması davam etdirilir.

Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!