Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib - FOTOLAR

2020-01-26 10:01:08 / 1282 dəfə oxunub
Yeni Azərbaycan Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Binəqədi rayonunda seçicilərlə görüşləri davam edir. O, yanvarın 25-də M.Ə. Rəsulzadə qəsəbəsinin bir qrup sakini ilə görüşmüşdür.

K.Qafarov əvvəlcə seçicilərə ölkədə son dövrdə baş vermiş inkişaf və sosial tərəqqi barədə məlumat vermiş, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafının rəhni olan islahatlar barədə ətraflı söz açmışdır. O, islahatlar prosesinə ölkənin bütün sosial qruplarının dəstək verməsinin zəruriliyini xüsusi vurğulamışdır.

Sonra Kamaləddin Qafarov görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırmış, növbədənkənar parlament seçkilərinin keçirilməsinin siyasi, ideoloji və sosial səbəblərini izah etmişdir.

Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizədlərə səs verəcəklərini bildirmişlər.




Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!