Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO

2020-01-26 11:54:14 / 823 dəfə oxunub

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov növbəti görüşünü Astaranın Artupa kəndindən olan şəhid ailəsi ilə keçirib.



Sabahinfo.az xəbər verir ki, Rəşad Mahmudov Astaranın Artupa kəndindən olan şəhid Ağayev Yaqubun atası Ağayev Əsgərə evində baş çəkib. Onun sağlıq durumu və qayğıları ilə maraqlanıb.

Əsgər kişi göstərilən ehtirama görə təşəkkür edərək, hər cür diqqət və qayğı ilə əhatə olunduğu üçün dövlətimizin başçısı cənab Prezidentə təşəkkür etdi. Balasının uğrunda şəhid olduğu Vətənimizin bu günkü abadlığını, yüksək inkişafını gördükcə rahatlıq tapdığını dilə gətirdi.

Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin gücləndirilməsinin, problemlərinin vaxtında həll olunmasının və hər cür qayğı ilə əhatə edilməsinin təşkilini hər zaman dəstəkləyirəm.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!