Leriki Milli Məclisdə kim layiqincə təmsil edə bilər? - İqbal Məmmədov yoxsa digərləri... Niyə məhz İQBAL MƏMMƏDOV!

2020-01-27 14:54:24 / 856 dəfə oxunub

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin qızğın seçköncəsi təbliğat-təşviqat mərhələsinə şahidlik etməkdəyik. Qələbə uğrunda mübarizə aparan deputatlığa namizədlər seçici uğrunda ən müxtəlif metoddan və taktikalardan istifadə edirlər. Bu seçkidə digər seçkilərdən fərqli olaraq daha çox "qapı-qapı” taktikasına üstünlük verildiyini görürük.

Düzdür, qanunvericilik hər bir vətəndaşa seçib-seçilmək hüququ versə də, bu o demək deyil ki, hər bir namizəd deputat mandatını daşımağa layiqdir və ya seçiləcəyi təqdirdə millət vəkili funksiyasını layiqincə yerinə yetirib, seçildiyi rayonun layiqli deputatı olacaq. Təbii ki, yox! Odur ki, seçicilər namizədlərini seçərkən ilk növbədə onun vədlərinə və ya gözəl, pafoslu çıxışlarına yox, daha çox hansı namizədin onları daha yaxşı təmsil etmək bacarığına, potensialına, faydalılığına və layiqliliyənə nəzər yetirməlidirlər. Seçici zamanında bunlara diqqət yetirməlidir ki, nəticədə seçiminin əziyyətini çəkməsin.

Yuxarıda sadaladığım vəziyyət 78 saylı Lerik Seçki Dairəsinə də aiddir. Bu dairədən 15 namizəd mandat uğrunda mübarizəyə qatılıb və seçkiöncəsi marafonunu aparır.

Seçkiyə qatılan namizədlər siyahısına, onların keçdiyi həyat yoluna, fəaliyyətinə nəzərə saldıqda düşünürsən ki, bu namizədlərdən hansı daha çox Lerik rayonunun gələcək sosial-iqtisadi inkişafına töhfə verib, lerikliləri Milli Məclisdə daha layiqli təmsil edə bilər?! Hansı namizəd Lerik və leriklilər üçün faydalı ola bilər? Hansı namizədin seçilmək şansı daha realdır və bunu şərtləndirən amillər hansılardır? Hansı namizəd leriklilərin yüksək kürsülərdə layiqli SƏSİ ola bilər?

Bütün bu suallara cavab axtararkən istər-istəməz deputatlığa namizəd İqbal Məmmədovun namizdəliyi üzərində dayanmalı olursan.
Niyə görə, məhz İqbal Məmmədov...

Onun Lerikin və leriklilərin Milli Məclisdə ən layiqli namizədi olmasını, onların SƏSİ olacağına, eyni zamanda qələbə şansının real olduğunu aşağıda izah edəcəyik. Lerikli seçicilər seçim zamanı düzgün seçim imkanı əldə edə bilsinlər ki, gələcəkdə seçimlərinə görə peşman olmasınlar.

LAYİQLİLİK, FAYDALILIQ VƏ QƏLƏBƏNİ ŞƏRTLƏNDİRƏN SƏBƏBLƏR

Biz İqbal Məmmədovun keçdiyi həyat yoluna, fəaliyyətinə və bu günədək Lerik üçün etdiklərinə nəzər salmaqla dediklərimizi izah edəcəyik. Qısa fikirlə ifadə etsək, birmənalı olaraq deyə bilərik ki, İqbal Məmmədov bu gün Lerikin Azərbaycan və ölkə hüdudlarından kənarda tanınmasında müstəsna rola malik insanlardan biridir. Məhz onun fəaliyyəti nəticəsində bu gün Lerik nəinki Azərbaycanın Cənub bölgəsinda, o cümlədən Azərbaycanda və ölkədən kənarda məhşur bir turizm rayonu kimi tanınıb. Bunun nəticəsidir ki, ildə minlərlə istər yerli, istərsə də xarici ölkə turistləri Lerikdə istirahət etməyə üstünlük verirlər. Turistlərin Lerikdə istirahətə üstünlük verməsi isə rayonun sosial-iqtisadi cəhətdən inkişafı, əhalinin isə daha yaxşı yaşaması, dolanması deməkdir. Turizm obyektlərinin fəaliyyəti nəticəsində isə xeyli sayda lerikli özünə iş yeri tapıb və ailəsini dolandırır. Digər tərəfdən yerli əhali öz məhsulunu gələn turistlərə satır və bu yolla ailəsini dolandırır. Bir sözlə turizm həm də kənd təsərrüfatının, xidmət sektorunun digər sahələrinin də inkişafına təkan vermiş olub. Yəni Lerikdə turizmin inkişafı özü ilə bərabər digər sahələrin inkişafına böyük töhfə vermiş olub. Kimi dükan açıb, kimi müxtəlif cür xidmət obyekti açaraq ailəsini dolandırır.
İqbal Məmmədov eyni zamanda kənd təsərrüfatı məhsullarının və heyvandarlığın inkişafında töhfəsi olan şəxslərdən biridir.
Bütün bunların nəticəsində yüzlərlə lerikli özünə yeni iş yeri tapıb.

İqbal Məmmədov Lerikin sosial və infrastrukunun yenilənməsində, qazlaşdırma, kəndlərarası asflat yolların çəkilməsində böyük xidməti olan insanlardan biridir. Bu gün Lerikə qonşu rayonlarla müqayisədə birmənalı olaraq demək olar ki, daha çox kənd qazlaşdırılıb. Rayonun demək olar əksər kəndləri qazlaşdırılıb. Təkcə son 5 ildə 10 kənd qazlaşdıırlıb ki, bu da digər rayonlarla müqayisədə çoxdur. Bu proses davam etməkdədir və Dövlət proqramları çərçivəsində həyata keçirilir.

Kəndlərarası yolların salınması baxımından da Lerik respublikada öndə olan rayonalrdnadır. Hansı ki, illərlə bərbad vəziyyətdə olan yollar asfaltlaşdırılıb. Bir çox kənd yolları asflatlaşdırılmasa da, çınqılla döşənərək, abadlaşdırılıb.

İqbal Məmmədov rayonun digər sosial-humanitar problemlərinin həllində xidməti olan şəxsdir.

Bütün bu sadaladıqlarımız və sadalamadıqlarımız onu deməyə əsas verir ki, bu gün Leriki ən layiqli təmsil edə biləcək ŞƏXS İqbal Məmmədovdur!

Lerikə ən çox fayda verə biləcək ŞƏXS məhz İqbal Məmmədovdur!

İqbal Məmmədov öz fəaliyyətində hər zaman Azərbaycan dövlətinə sadiqliyini nümayiş etdirməklə, millətini, dövlətini sevdiyini sübut edib.

İqbal Məmmədov təmsil etdiyi hakim Yeni Azərbaycan partiyasının və ölkə başçısının yürütdüyü siyasəti canla başla yerinə yetirən şəxslərdən olub.

İqbal Məmmədov ölkə başçısının həyata keçirdiyi qeyri-neft sektorunun, xüsusən də turizmin, kənd təsərrüfatı, yoxsulluğun azaldılması, məşğulluq proqramlarının icrasında ciddi rolu olan insanlardandır. Elə yuxarıda onun fəaliyyəti ilə bağlı sadaladığımız işlər dediklərimizin bariz nümunəsidir. İqbal Məmmədov ötən müddət ərzində fəaliyəti ilə nəinki Lerikin hərtərəfli inkişafına, eyni zamanda Lerikdə yoxsulluğun aradan qaldırılmasında, əhalinin işlə təmin olunmasında müstəsna xidməti olan insandır.

İqbal Məmmədov həm də Lerik və leriklilərin problemlərini, üzləşdiyi çətinliklərinə ən yaxından bələd olan insandır. Bu problemlərin, çətinliklərin də həlli yollarını bilən və imkan, potensialı daxilində bunların həllinə çalışan ŞƏXSDİR.

İqbal Məmmədov Milli Məclisdə təkcə leriklilərin deyil, bütövlükdə ölkə əhalisinin daha layiqli həyat tərzi sürməsi üçün ən yaxşı qanunların qəbulu üçün çalışanlardan biridir. O, deputat olduğu müddətdə qanunvericilik sahəsində əldə etdiyi təcrübədən ölkənin və təmsil etdiyi Lerikin inkişafı üçün istifadə etməyi bacaran, bu istiqamətdə fəaliyyət göstərən insandır. Ona görə də Azərbaycan Prezidenti və hakim Yeni Azərbaycan Partiyası onun yuxarıda sadaladığımız xidmətlərini, böyük bacarıq və potensiala malik olduğunu nəzərə yenidən deputatlığa namzidəliyini irəli sürüb,İQBAL MƏMMƏDOVA ETİMADgöstərib.

Elə ölkə başçısının ona göstərdiyi buETİMAD,İqbal Məmmədovun fəaliyyətinə verdiyiQİYMƏT VƏ DƏYƏR, ƏN BÖYÜK MÜKAFATDIR.İqbal Məmmədov ona verilən bu dəyər və qiymətdən ruhlanaraq növbəti mərhələdə daha çox işlər görəcək. Lerikin inkişafı ilə bağlı bütün planlarını, layihələrini gerçəkləşdirəcək. Bundan qazanan isə ancaq və ancaq leriklilər olacaq. Leriklilər daha yaxşı həyat şəraitini təmin etmiş olacaq. Növbəti mərhələdə Lerikin kəndlərarası yolları yenidən qurulacaq, qazlaşadırma prosesi davam edəcək. Yeni iş yerlərinin açılması, məşğulluğun artması üçün yeni-yeni müəssisələr işə düşəcək. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafını təmin edən, yoxsulluğun azaldılması, məşğulluq, ərzaq təhlükəsiziliyinin təmin olunması və sair Dövlət Proqramlarının Lerikdə daha yaxşı və sürətlə reallaşması üçün əlindən gələni edəcək.

Sadaladığımız bu amillər və rayon ərazisində daha çox tanınması, nüfuza malik olması onun QƏLƏBƏSİNİ şərtləndirən faktordur.
Qələbəni şərtləndirən digər əsas faktor isə İqbal Məmmədovun seçkiöncəsi təbliğat-təşviqat kampaniyasını vaxtında və düzgün qurması, seçicilərlə daha sıx görüşüb, təmasda olmasıdır. Onları inandıra bilməsidir. İqbal Məmmədov Lerikin əksər kəndlərini qarış-qarış, qapı-qapı gəzib, evlərdə insanların qonağı olub. Seçicilərin problemlərini, qayğılarını dinləyib və yaxından maraqlanıb. Hələ qarşıda zaman var və İqbal Məmmədov demək olar ki, bütün leriklilərin qonağı olacaq. Onların həyat şəraiti, üzləşdikləri qayğı və problemlərlə yaxından tanış olacaq. Bax, düzgün qurulan seçki kampaniyası qələbəni şərtləndirən əsas amildir ki, İqbal Məmmədov da effektiv seçki kampaniyası təşkil edə bilib. Bu bacarıq və uğurlu seçki kampaniyası onunQƏLƏBƏSİNİtəmin edəcək.

Ola bilsin ki, kimsə obyektiv və subyektiv səbəbdən onun fəaliyyətinə kölgə salsın, qərəzli yanaşsın. İş olan yerdə çatışmazlıq və nöqsan ola bilər. Lakin bunlar hamısı müqayisəlidir.

Əminliklə demək olar ki, bu gün İqbal Məmmədov Lerikin inkişafı üçün daha çox iş görə bilər və bunun üçün o, yetərincə böyük bir potensiala, bilik və bacarığa malikdir. Lakin onun Lerik və leriklilər üçün niyyətində tutduğu planlarını reallaşdıra bilməməsinin də obyektiv səbəbləri var.

Ancaq İqbal Məmmədovun Lerik, leriklilər üçün gördüyü işlərə kölgə salmaq, qarışqanı fil etmək və ya başqa cür yozmaq,OBYEKTİVLİK, HAQQDAN, ƏDALƏTDƏN, REALLIQ HİSSİNDƏN UZAQ, QƏRƏZ, PAXILLIQDANbaşqa bir şey deyil. Onun barəsində səsləndirilən ittihamların bir çoxu isə həqiqətdən uzaq, reallığa söykənməyən iftiradır. Ancaq yalanın ömrü az olar, ayaq tutsa da yeriməz. Bulud Günəşin qarşısını uzun müddət ala bilməz.Günəş yenə parlayacaq...

Lakin leriklilər müdrikdir və hər şeyi müqayisə edib real qiymət verməyi bacaran insanlardır. OnlarAĞI QARADANseçməyi bacarırlar. Onlar gələcək talelərini kimə həvalə edəcəklərini yaxşı bilirlər. Onlar yaxşı bilir ki, ancaq İqbal Məmmədov onların yüksək kürsülərdə eşidələnSƏSİola bilər. Onların problemlərini həll edən şəxs ola bilər. Seçiminizi düzgün edin ki, gələcək xoş həyat nəsibiniz olsun. Bu isə Sizin əlinizdədir. BuŞƏXSisə İqbal Məmmədovdur.LAYİQLİnamizəd kimi lerikliləriLAYİQİNCƏtəmsil edə bilər! (Ölkə.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!