Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO

2020-01-26 08:55:41 / 2519 dəfə oxunub

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Qüdrət Həsənquliyev Xətai rayonunun Kamandar Əhmədov küçəsində yerləşən qəzalı binanın sakinləri ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, görüş seçicilərin öz təşəbbüsü ilə baş tutub.


Açıq havada keçirilən görüşdə seçicilər - AzərbaycanGözdən Əlillər Cəmiyyətinin SəmiyarAbdullayev, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov və digərləri çıxış edərək Qüdrət Həsənquliyevin parlamentdəki fəaliyyətini yaxından izlədiklərini, razı qaldıqlarını və onun deputatlığa namizədliyini dəstəklədiklərini bildiriblər.

Seçicilərin suallarını cavablandıran BAXCP sədri seçki platformasının əsas istiqamətlərinə diqqət çəkib, dövlət quruculuğu və hüquq siyasəti, eləcə də sosial-iqtisadi sahədə aparılması labud olan islahatlardan söz açıb, problemlərə və onların həllinə kompleks yanaşılmasının vacibliyini vurğulayıb.


Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Ər arvadını öldürüb
2020-10-26 11:00:48
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!