Aqiyə Naxçıvanlının seçicilərlə görüşləri davam edir - FOTOLAR

2020-01-27 17:53:36 / 1542 dəfə oxunub
Yanvar ayının 27-də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kompaniyası çərçivəsində rayonun ən ucqar kəndlərindən olan Filfilli və Xaçmaz kəndində seçicilərlə görüşdü.

Yüksək səviyyədə keçən görüş zamanı deputatlığa namizədin vəkilləri çıxış edərək ölkədə gedən quruculuq işlərindən, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışdılar. Aqiyə Naxçıvanlı namizədi olduğu Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verdi.

Xaçmaz kəndındə seçicilər Aqiyə xanımı böyük coşqu və izdihamla qarşıladılar. Səmimi şəraitdə keçən görüşdə kənd sakinləri Elza Gülməmmədova, Elçin Hacıyev, Arif İsayev, İbrahim Qocayev, Filfilli kəndindən seçicilər Füzuli Tağıyev, İlkin Ağayev, İlqar Məmmədov və başqaları Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildirdilər və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırdilar. Onlar deputatlığa namizəd Aqiyə Naxçıvanlıya dəstək ifadə etdilər.



Bundan əvvəlki deputatlığı dövründə Milli Məclis tribunasından Filfilli və Xaçmaz kəndilərinin problemlərini dəfələrlə səsləndirdiyinə və həllində onlara etdiyi köməkliklərə görə seçicilər Aqiyə xanıma minnətdarlıqlarını bildiridlər.

Sonda Aqiyə Naxçıvanlı seçiciləri dinlədi, onların problemləri ilə maraqlandı və daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə fəal olmağa çağırdı.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!