Növbəti çağırış Milli Məclisin ilk iclası necə keçirilir?

2020-01-27 16:53:03 / 2776 dəfə oxunub

Yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Oxu.Az-ın məlumatına görə, Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı Komissiya seçilir. Bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da parlamentin növbəti çağırışının birinci iclası işini bitirir.

Qeyd edək ki, Milli Məclisə ümumi seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlamalıdır.

Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

Qeyd edək ki, Azərbaycandafevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

Son xəbərlər
Gücümüz Birlikdədir !
2020-09-24 09:40:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!