Bakıda bu yolun “yiyəsi” çıxmır: Qurumlar imtina edir - RƏSMİ AÇIQLAMA

2020-01-27 15:39:43 / 3330 dəfə oxunub

Binəqədi Rayon İcra HakimiyyətiBiləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yolların bərbad vəziyyətdə olması ilə bağlı məsələyə aydınlıq gətirib.

İH-dənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli şəkildə aparılır:

"Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsi tədbirlər planına salınıbvə həmin ərazidə yol örtüyünün salınması işlərinin həyata keçirilməsi agentlik tərəfindən planlaşdırılır. Məlumat üçün AAYDA-ya müraciət etməyiniz xahiş edilir”.

AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə saytımıza açıqlamasında bildirib ki, qəsəbədaxili yollar agentliyin balansında deyil:

"İndiyə kimi o yolların bu cür vəziyyətdə olmasına görəcavabdeh yerli İcra Hakimiyyəti və bələdiyyələrdir. Çünki qəsəbə daxilində, yeni yaşayış sahələrində infrastrukturların yaradılmasına birbaşa onlar cavabdehdir. Yolların təmir olunmamasına görə, onlar cavab verməlidirlər ki, niyə təmir olunmayıb? Niyə bu vəziyyətdədir?

Prezident İlham Əliyev ötən il Şəfayət Mehdiyev küçəsinin yenidənqurmadan sonra açılışında bizim qurumun qarşısında tapşırıq qoydu ki, qəsəbələrarası yollarla yanaşı, qəsəbədaxili yollar da təmir olunsun. Bu tapşırığın icrası ilə əlaqədar olaraq, bizim balansımızda olmadığı üçün əməkdaşlarımız tərəfindən qəsəbələr üzrə araşdırma aparıldı.

Bakının 60 qəsəbə üzrə araşdırma zamanı 2300 yolun təmirə ehtiyac olduğu müəyyənləşdi və tədbirlər planı hazırlandı. Ona uyğun olaraq ötən il işlərə start verildi. 2019-cu ildə təkcə Binəqədi rayonu üzrə 26,8 kilometr uzunluğunda olan 32-yəyaxın küçə və yola asfalt beton örtüyü çəkildi”.

A.Nəcəfli qeyd edib ki, ötən ilin dekabrında İlham Əliyevin Binəqədi rayonu avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlə bağlı imzaladığı sərəncama görə, rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Xocahəsən, 28 May qəsəbələri ərazisində yolların əsaslı təmiri məqsədi ilə 8,7 milyon manat pul ayrılıb:

"Sözügedən sərəncam çərçivəsində agentlik tərəfindən hazırda qeyd edilən qəsəbələr üzrə ümumi uzunluğu 30 kilometr olan daxili küçə yollarında əsaslı təmir işləri həyata keçirilir. Bu işlər yekunlaşdıqdan sonra digər yerlərdə də təmir işləri aparılacaq.

Planlaşdırırıq ki, 2023-cü ilə kimi Bakının 60 qəsəbəsi üzrə araşdırma zamanı 2300 yolun təmir işləri aparılsın. Sadəcə, səbr etmək lazımdır. İndiyə kimi o yolların buvəziyyətdə olmasına biz cavabdeh deyilik. Bundan sonra biz o yolları təmir etməliyik, çünki qarşımızda tapşırıq qoyulub. Həmin yol da təmir ediləcək”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!