Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu - RƏSMİ

2020-01-27 15:33:35 / 631 dəfə oxunub

axili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi "VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi "Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!