Malik Həsənovun seçicilərlə növbəti görüşü keçirilib - FOTO

2020-01-28 10:58:04 / 3426 dəfə oxunub

Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Malik Həsənovun seçicilərlə növbəti görüşü keçirilib.

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan M.Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüşərək onlarla müzakirələr aparır. M.Həsənov bu dəfə rayonunun Muğan kəndində seçicilərlə görüşüb və vətəndaşların təkliflərini dinləyib.

Bundan öncə də bu dairədən deputat seçilən Malik Həsənov vətəndaşların daha əvvəl həll edilən və hazırda həllini gözləyən problemlərindən xəbərdar olduğunu bildirib. Millət vəkili seçiləcəyi təqdirdə yenə də bu cür problemlərin həlli üçün əlindən gələni edəcəyini deyib. Muğan sakinləri isə seçkidə ona dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.



Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!