Əsli Kazımova Beyləqanda qəzalı məktəbdə oldu…

2020-01-28 11:59:08 / 4151 dəfə oxunub

Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Əsli Kazımova Beyləqanın Şərq qəsəbəsində yerləşən qəzalı orta məktəbdə olub, uşaqların təhsil aldığı yerin şəraiti ilə yaxından tanış olub, məsələ ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini bildirib.

Qəza şəraitində olan məktəbdə təhsil alan uşaqların valideynlərini dinləyib. Onların şikayət və təkliflərini qeyd edərək, Əsli Kazımova Beyləqan rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələrdən söz açaraq, rayondakı digər problemlerin həllinin daha da sürətlənməsi ilə bağlı gərəkən addımların atılması üçün əlindən gələni edəcəyini söyləyib. Ölkəmizin inkişafı istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük islahatlardan danışan millət vəkilliyinə namizəd Əsli Kazımova bildirib ki, bu istiqamətdə kimliyimizdən asılı olmayaraq, hər birimiz çalışmalıyıq.

Seçicilərini bir-bir dinləyən Əsli Kazımova, bundan sonra onların görüşünə daha tez-tez gələcəyini ifadə edərərk, bir çox gazilərə Xocalı soyqrımı ilə bağlı yazdığı kitabı hədiyyə edib.

Namizədlərini gülər üz və xoş münasibətlə qarşılayan seçicilər səslərini Əsli Kazımovaya verəcəklərini bildiriblər.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!