Nəsib Məhəməliyev Balakən rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirdi

2020-01-28 13:06:57 / 840 dəfə oxunub
27 yanvar 2020-ci ildə saat 15:00-da YAP-ın Balakən rayon təşkilatının inzibati binasında YAP-ın 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi Nəsib Məhəməliyevin partiyanın Balakən rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP-ın Balakən rayon təşkilatının sədri Azad Balayev hər kəsi salamlayaraq ölkədə həyata keçirilən islahatlardan danışdı. Azad Balayev qeyd etdiki, islahatlar çərçivəsində qanunverici orqanında yenilənməsinə ehtiyyac duyulmuş və buna görədə cənab prezidentin imzaladığı sərəncama əsasən 9 fevral 2020-ci il tarixinə 6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər təyin edilmişdir.

Daha sonra çıxış edən YAP-ın rayon təşkilatının qurucularından biri, rayon icra hakimiyyətinin təqaüddə olan keçmiş əməkdaşı Zemfira Mustafayeva keçmiş dövrlərlə bağlı xatirələrindən danışdı. Çıxış edən keçmiş icra nümayəndəsi Meysarat Amalova qadınların rayonun ictimai-siyasi həyatında çox fəal iştirak etdiyini bildirərək rayon ərazisində özünüməşğulluq proqramı çərçivəsində qadınların öz təşəbbüsü ilə şirniyyat sexinin açdığını, burada 10 nəfər qadının işlə təmin olunduğunu qeyd etdi.

Deputatlığa namizəd bu böyük uğura görə qadınları təbrik edərək onlara fəaliyyətində bol uğurlar arzu etdi, hər zaman onlara dəstək olacağını bildirdi.



Balakən rayon Mərkəzi Kitabxana Sisteminin sədri Məryəm Tağıyeva çıxış edərək kitabxananın problemlərindən danışdı. Məryəm xanım bildirdi ki, kitabxanada elektron sistemin qurulmasına ehtiyyac var. Həmçinin kəndlərdə fəaliyyətini dayandırmış kitabxanaların fəaliyyətinin bərpa edilməsini və təmirə ehtiyyacı olan kitabxanaların təmir edilməsinin vacibliyini qeyd etdi.

Nəsib müəllim isə rayonda müasir standartlara cavab verən elektron kitabxananın yaradılmasının çoxdankı arzusu olduğunu qeyd edərək bu məsələdə seçkinin nəticəsindən asılı olmayaraq bir vətəndaş kimi əlindən gələn köməyi edəcəyini bildirdi.

Deputatlığa namizəd yerli bələdiyyələri kəndlərdəki kitabxanaların vəziyyəti ilə yaxından maraqlanaraq onlara lazımi köməyi göstərməyə çağırdı.

Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Lamiyə Osmanova çıxış edərək əlil uşaqlarla bağlı bir sıra probemləri qeyd etdi.



Nəsib Məhəməliyev Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın əlil uşaqlarla bağlı humanist addımlarını qeyd edərək rayondakı əlil uşaqlar üçündə bütün lazımi köməklərin bundan sonrada göstəriləcəyini, seçkilərdə qalib gələrsə bir deputat olaraq onların probelmlərinin həllinin ən öndə vəziflərindən biri olacağını bildirdi.

Daha sonra çıxış edən YAP-ın gənc fəallarından Ləman Balayeva partiya rəhbərliyinin hər zaman qadınlara dəstək olduğunu qeyd edərək ölkədəki qadınları ölkənin ictimai-siyasi həyatında fəal olmağa səslədi.

Çıxış edən rayon İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva Nəsib müəllimin Balakən rayonun icra başçısı olduğu zamanda onlara dəstək olduğunu, musigi məktəbinin məhz Nəsib müəllimin əməyi sayəsində İncəsənət məktəbinə çevrildiyini, məktəbin yeni binaya köçürüldüyünü bildirdi. Buna görə məktəb kollektivi adından deputatlığa namizədə təşəkkür edən Arifə xanım Nəsib müəllimin istər Balakənə, istər Bakının Nəsimi rayonuna rəhbərlik etdiyi dövrdə, istərsə də Milli Məclisin deputatı olduğu müddətdə Balakən rayonun incəsənət nümayəndələrinə hər zaman dəstək göstərdiyini ifadə etdi.



Arifə Tağıyeva İncəsənət Gimnaziyası üçün yeni, möhtəşəm bir binanın tikildiyini, bu yaxınlarda istifadə veriləcəyini qeyd edərək buna görə rayon rəhbərliyinə və möhtərəm prezidentimiz cənab İlham Əliyevə kollektiv və öz adından təşəkkürünü bildirdi.

Rayon sakinlərindən Sara İdrisova, Fatma Hacıyeva və Cahan Əfəndiyeva çıxış edərək şəxsi problemləri ilə bağlı deputatlığa namizədə müraciət etdilər . Sakinlərin müraciəti qeyd alındı və onlara qanuvericiliyin tələbləri çərçivəsində lazımi köməyin göstəriləcəyi bildirildi.

Sonda çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev qadınlara rayonun ictimai-siyasi həyatında aktiv olamağa səsləyərək hər birinə gələcək fəaliyyətində uğurlar arzu etdi. YAP-ın rayon təşkilatının sədri Azad Balayev görüş iştirakçılarına təşəkkür edərək tədbirin bitdiyini elan etdi.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!