Nəsib Məhəməliyev Poçtbinə kənd sakinləri ilə görüş keçirdi - FOTOLAR

2020-01-28 13:12:04 / 1584 dəfə oxunub
Bu gün saat 11:00-da YAP-ın 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi Nəsib Məhəməliyevin Poçtbinə kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP-ın Balakən rayon təşkilatının sədri Azad Balayev ölkədə keçirilən islahatlardan söz açmış, islahat prosesində qanunverici orqanın yenilənməsinində mühüm olduğunu və dövlət başçısı cənab İlham Əliyevin 9 fevral 2020-ci il tarixinə 6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər təyin etdiyini bildirmişdir.

Kənd sakinləri çıxış edərək kəndə gələn yolun asfatlanması və məktəbin maddi-texniki vəziyyətinin qismən yaxşılaşdırılmasını xaiş etdi.

Daha sonra çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev cənab prizedentin başlatdığı kadr islahatlarından, YAP həyata keçirdiyi siyasətdən, rayon və kəndlə bağlı olan fikirlərini seçicilərə çatdırdı.



Çıxış edən kənd sakinlərindən Rəşid Qardaşov və Nadir Xipiyev şəxsi və kəndlə bağlı olan müxtəlif problemləri deputatlığa namizədin diqqətinə çatdırdılar.

Sonda çıxış edən kənd ağsaqqalı Məhəməli Şaxrayev Nəsib Məhəməliyevə rayon icra hakimiyyətinin başçısı və rayonun deputatı olarkən Poçtbinə kəndi, ümumi Balakən rayonu üçün gördüyü işlərə görə kənd camaatı adından təşəkkür etdi.



Daha sonra isə Nəsib Məhəməliyev Poçtbinə kəndinin qonşuluğunda yerləşən Qullar kəndində Səməd Vurğun adına Qullar kənd 1 saylı tam orta məktəbinə baş çəkdi, məktəbin ümumi vəziyyəti ilə tanış oldu. Məktəbin direktoru Elçin Musayev məktəbin uğurları barədə və problemləri barədə məlumat verdi. Bu məktəbin Balakən rayonun icra başçısı olduğu zaman tikildiyini xatırlayan deputatlığa namizəd məktəb kollektivinə bol uğurlar arzu etdi.

Poçtbinə kənd sakinləri ilə görüş
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!